Xəbər Lenti
Bugün, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Bugün, 08:38
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
Ronaldonun komandası çempionluq şansını itirdi
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.
“Qafqazinfo” xəbər verir ki, 31-ci turda lider “Əl-İttihad” “Əl-Faiha”nı 3:0 hesabı ilə məğlub edib və xallarının sayını 74-ə çatdırıb.
Bununla da, mövsümün sonuna 4 tur qalmış 60 xalı olan “Əl-Nəsr”in liderə çatması mümkünsüz olub.
Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında iki il yarım ərzində (2023-cü ilin yanvarından) heç bir kubok qazana bilməyib. Komanda bu mövsüm ölkə kuboku və Asiya Çempionlar Liqasında da mübarizəni dayandırıb.