Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Düşmənin üstünə getdiyi tankın nömrəsi var idi, sürdüyü maşının yox...
əsələyə ondan başlayaq ki, Vətən müharibəsində qazanılan qələbənin misli-bərabəri yoxdur. Bu böyük zəfər uğrunda minlərlə şəhid verdik, qazi olduq, yarımcan qaldıq. Himnimizdə də deyildiyi kimi, hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu...
Və belə bir şanlı qələbəni hər zaman uca tutmaq, uca yaşatmaq və yaşamaq lazımdır. Ancaq təəssüf ki, bəzən xoşagəlməz hadisələrə, sui-istifadə hallarına rast gəlirik.
Bunlardan biri də, respublika və paytaxt yollarında dövlət qeydiyyat nişanı olmadan idarə edilən avtomobillərdir.
Qısa arayış olaraq bildirək ki, dövlət tərəfindən ötən dövr ərzində indiyədək 8000-dək imtiyazlı kateqoriyadan olan şəxslərə avtomobil, 15000-dək isə mənzil verilib. Bu evlərin hər biri çıxarışla (kupça) olduğu kimi, avtomobillər də dövlət qeydiyyat nişanı ilə təqdim olunub.
Bəs, niyə biz əksər hallarda bu avtomobilləri yollarda nömrəsiz görürük? Qazi olmaq, qayda, hüquq, qanun pozmaq anlamına gəlməməlidir axı. Mənəvi olaraq təbii ki, biz onlara borclu, sonsuz minnətdarıq. Bir çox hallarda bu kateqoriyadan olan şəxslərə müəyyən güzəştlər də edilir. Bəlkə də heç qanunda nəzərdə tutulmayan...
.jpg)
Amma avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etmək heç kimə bəraət qazandıra bilməz. Nəzərə almaq lazımdır ki, müharibədə düşmənin üstünə belində getdiyin tankın da, əlində tutduğun avtomatın da seriyası, nömrəsi olur.
Bu kimi hallar yol-nəqliyyat hadisələri zamanı da problem yaradır. Məsələn, Allah uzaq eləsin, tutaq ki, belə nömrəsiz avtomobillərdən biri yolu keçən piyadanı vurur, indi o nəqliyyat vasitəsi necə müəyyənləşdirilsin, günahkar necə cəzalandırılsın? Axı zərərçəkən təsadüfən nömrəsiz maşın sürənin yaxını, doğması, əzizi də ola bilər...
Hər halda qanunvericiliyin tələbi var ki, nəqliyyat vasitələri dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadan, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə edilə bilməz. Bu, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinin tələblərinin pozulması deməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi də bunu təsdiqləyir. Qurum sorğumuza cavabında digər problemləri də qabartmağı labüd gördü:
“Cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, hələ də avtomobillərinin şüşələrinə, yaxud banına lüzumsuz ibarələr yazan, fotolar yapışdıran sürücülərə rast gəlinir.
Bəzən də, sürücülər aldığı mükafatları, fotoşəkilləri və ya özlərinə aid digər məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər. Belə hallar əhali tərəfindən də ciddi narazılıqla qarşılanır və haqlı şikayətlərə zəmin yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin üzərində yazılan və ya yapışdırılan müxtəlif məzmunlu ibarələrin, şəkillərin, stikerlərin digər hərəkət iştirakçılarına emosional təsirinin yol hərəkəti təhlükəsizliyi baxımından yolverilməz olduğunu, sürücü intizamına mənfi təsir göstərdiyini bir daha avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır və belə hallara qarşı adekvat tədbirlərin görüləcəyini bildirir”.
Sonda bir cümlə də qeyd edək ki, Vətən bu torpaq uğrunda canından keçən isimsiz qəhrəmanlara da, nömrəsiz maşın sürənlərə də minnətdardır. Amma bu nömrəsiz maşın sürənlər isimsiz qəhrəmanlardan utanmalıdır...
Emin Səfərov






















































