Mikayıl Cabbarov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib. AZ/RUS
25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
AYB-də Milli Qəhrəman Yuriy Kovalyovun 60 illik Yubileyi keçirildi
Azərbaycan Yazıçılar Birliyinin Natavan zalında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yuriy Kovalyovun 60 illik Yubileyi təntənəli qeyd edildi. AYB sədrinin birinci müavini, xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycan Rus öİcmasının sədr müavini Vitaliy Kovalyov, şəhidin qızı Regina Kovalyova, şəhid Dmitriy Solntsevin ailə üzvləri, şair Tapdlq Əlibəyli, Serqey Danilov, şairlər, yazıçılar, ictimaiyyət nümayəndələri tədbirdə iştirak etdilər. Şair Fikrət Kazımın şəhidlərin əziz xatirəsinə yazdığı Qələbənin 5 illiyinə həsr edilmiş şeirlər kitabı təqdim edildi.
Şəhidin qardaşı Vitaliy Kovalyov qonaqları salamladı və təqdim etdi. Çıxış edənlər polkovnik-leytenant İlham Rüstəmov, polkovnik Elmar Hüseynov Yiriy Kovalyovun qəhrəmanlığı haqqında öz xatirələrini görüş iştirakçılarına çatdırdılar. Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Mixail Zabelin şəhidlər haqqında keçirilən tədbirləri yüksək qiymətləndirdilər.
Şair Tapdıq Əlibəyli Yuriy Kovalyova həsr etdiyi şeri görüş iştirakçıları alqışlarla qarşıladılar.