Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dün, 09:59

Neftimiz bahalaşdı

Bakıdakı bu yol bağlanır
24-06-2025, 12:02

Bakıdakı bu yol bağlanır

Sabah 33° isti olacaq
24-06-2025, 11:46

Sabah 33° isti olacaq

27 Haz 09:00Manşet / Gündəm / Sosial

26 iyun - Silahlı Qüvvələri Günü AVMVİB-nin Nəsimi rayon şöbəsində qeyd edildi

 

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü - Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram. Bəli bu bayram günü məhz bu gün yəni 26.06.2025-ci il tarixdə AVMVİB-nin Nəsimi rayon şöbəsində müharibə veteranları və qazilərin iştirakı ilə qeyd edildi.

"Qanunyolutv.az" xəbər verir ki, 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə AVMVİB-nin Nəsimi rayon şöbəsində bayram tədbirini Nəsimi rayon şöbəsinin sədri, "Azərbaycan Bayrağı" ordenli, Vətənpərvər, həmişə Şəhid, Qazi ailələrinin yanında olan polkovnik Elmar Hüseynov tərəfindən keçirildi.


Tədbirdə ilk öncə AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov çıxış edərək gələn qonaqları, veteranları, qaziləri salamladı. Ali Baş Komandan Cənab ilham Əliyevin daxili və xarici siyasətindən, Onun 44 gün Qarabağ savaşında erməni faşistlərinə qarşı apardığı müharibədə qazandığı qələbəsindən danışdı. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından, qanlarından keçən cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Elmar Hüseynov çıxışına davam edərək müharibə veteranlarına, qazilərə, gələn qonaqlara AVMVİB-nin sədri hörmətli Füzuli Rzaquliyevin təbriklərini çatdırdı və çıxış üçün sözü tədbir iştirakçılarına verdi.

Tədbir iştirakçılarından Binəqədi rayon şöbəsinin sədri Mərdən Ələsgərov, Qazi, Qarabağın Tutusu Rüxsarə Cumayeva, Zakir İbrahimov, "Qanunyolutv.az"-ın rəhbəri, eləcədə Müharibə veteranı Arif Süleymanlı, "Xezertv.info"-nun rəhbəri Fərid Səfərov və başqaları çıxış edərək tədbir iştirakçılarını salamladılar və bayramla bağlı öz ürək sözlərini söylədilər.


Tədbirin sonunda isə 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə müharibə veteranları hərəkatının formalaşmasında fəal xidmətlərinə görə veteranlar "Fəxri Diplom"la təltif olundular.

P.S.Sonda məndə "Qanunyolutv.az" -ın rəhbəri olaraq kollektivimiz adından başda AVMVİB-nin sədri hörmətli Füzuli Rzaquliyev olmaqla AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynova bu yolda, işlərində daima uğurlar və yeni-yeni müvəffəqiyyətlər, nailiyyətlər arzulayıram. Biz veteranlara diqqət və qayğı göstərdiklərinə görə təşəkkür edirəm.

26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününüz mübarək!



Hörmətlə: "Qanunyolutv.az" Təsisçi və baş redaktor
ARİF SÜLEYMANLI