Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Bağını narkotik plantasiyasına çevirdi, videokamera ilə izlədi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya bildirilib ki, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib.
Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib. V.Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb.
Fakla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.






















































