Xəbər Lenti
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
Osimhenin qəbul etdiyi astronomik məbləğ bəlli oldu: "Qalatasaray"dan rekord maaş
"Qalatasaray" uzun müddətdir davam edən danışıqlardan sonra Viktor Osimheni razı salmağı bacarıb.
Oxu.Az "Ntvspor"a istinadən xəbər verir ki, "Napoli" ilə danışıqları davam etdirən sarı-qırmızılıların 60 milyon avroluq təklifi rədd edildikdən sonra yeni təklif hazırlanıb.
"Qalatasaray"ın Osimhenə 15 milyon avro zəmanətli maaş, 10 milyon avro reklam və sponsorluq gəliri də daxil olmaqla, ümumilikdə 25 milyon avro dəyərində müqavilə təklif edib.
Səudiyyə Ərəbistanında oynamaq istəməyən ulduz hücumçu İngiltərədən gözlədiyi təklifləri almadıqdan sonra rekord 3+1 illik müqaviləni qəbul edib.
"Qalatasaray" bu transferi bir həftə ərzində müsbət şəkildə tamamlamağı və Osimhenlə rəsmi müqavilənin imzalanmasını hədəfləyir.