Menu
Xəbər Lenti
SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 13:54

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 06:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 06:00

Bu ərazilərdə qaz olmayacaq

Təbrik Məktubu
26-04-2026, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
26-04-2026, 10:22

İmtahan günüdür

14 Tem 11:14Manşet / İqtisadiyyat

Əmlakın qeydiyyatı haqda - Yeni prosedur

emlakin-qeydiyyati-haqda

Daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Notariat haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Beləliklə, layihələrə əsasən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdiriləcək.

Şəhadətnamə müvafiq əmlakın tələbkar tərəfindən qəbul edilməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkar tərəfindən imzalanaraq "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat" informasiya sisteminə göndərilən protokol əsasında veriləcək. Həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Nuranə Daxilqızı