Xəbər Lenti
17-11-2026, 11:00
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
17-11-2026, 08:59
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
17-11-2026, 07:52
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
16-11-2026, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
16-11-2026, 12:25
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!

Bu gündən “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar,“Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı satışda olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, nəşrləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,www.abiturient.az saytından və “Wolt” tətbiqindən sifariş etmək mümkün olacaq.























































