Xəbər Lenti
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 07:51
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 07:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 12:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Kolleclərin boş qalan yerlərinə qəbul elan edilib

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 28-dən oktyabrın 2-dək ixtisas seçimi aparılacaq.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
İxtisas seçimi 28 sentyabrdan 2 oktyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
Jurnalı aşağıdakı ünvanda yerləşən “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Jurnalın elektron versiyasını günün ikinci yarısından etibarən (pdf formatında DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).























































