Menu
Xəbər Lenti
8 aylıq hamilə qadın öldü
17-11-2026, 09:09

8 aylıq hamilə qadın öldü

Bu ərazilərə qar yağır
16-11-2026, 07:37

Bu ərazilərə qar yağır

Bu gün millimizin oyunu var
13-11-2026, 07:04

Bu gün millimizin oyunu var

09 Ağu 09:05Manşet / Sosial

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!

ixtisas-secimi-edecek-abituriyentlerin-nezerine

Bu gündən “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar,“Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı satışda olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, nəşrləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,www.abiturient.az saytından və “Wolt” tətbiqindən sifariş etmək mümkün olacaq.