“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Göygöl rayonunda dövlət qurumlarının iştirakı ilə əlilliyi olan qadınlara dəstək məqsədilə dəyirmi masa keçirilib
Kanal 20 TV xəbər verir ki, Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində Göygöl rayonunda Dəyirmi Masa təşkil olunub.Tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub.
Bu barədə jurnalistlərə “Əlil Qadınlar Cəmiyyəti” İcimai Birliyinin sədri Məhluqə Rəhimova məlumat verib. “Göygöl Gənclər Evində keçirilən görüşdə əlilliyi olan qadın və qızların hüquqlarının müdafiəsi, onlara qarşı ictimai münasibətlər, sosial dəstək mexanizmləri və məişət zorakılığı hallarının qarşısının alınması məsələləri müzakirə olunub. Tədbirin əsas məqsədi bu kateqoriyadan olan şəxslərin cəmiyyət tərəfindən dəstəklənməsinin vacibliyini vurğulamaq və diskriminasiya hallarının aradan qaldırılması yollarını birlikdə müzakirə etmək olub”, – deyə, o, bildirib.Dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, yerli bələdiyyə və dövlət qurumlarının təmsilçiləri – məşğulluq xidməti, səhiyyə və sosial xidmət orqanları, təhsil müəssisələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və icma üzvləri iştirak ediblər.“Tədbir zamanı iştirakçılar mövzu ətrafında təqdimatlarla çıxış etdi, fikir mübadiləsi apardılar. Əlilliyi olan qadınlar üçün dəstək qruplarının yaradılması, icmalararası şəbəkələşmənin gücləndirilməsi, sosial inteqrasiyanın və həmrəyliyin artırılması istiqamətində konkret təkliflər səsləndirildi” – M.Rəhimova əlavə edib. Onun sözlərinə görə, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi bu cür tədbirlərin bölgələrdə davamlı şəkildə keçirilməsinin, əlilliyi olan qadın və qızların səsinin daha çox eşidilməsinə və hüquqlarının qorunmasına töhfə verdiyini vurğulayıb.Təşkil olunan dəyirmi masada 35 nəfər iştirak edib.
Qeyd edək ki, Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.























































