Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Gələn il maaşlardan gəlir vergisi tutulacaq?

“2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05 % çoxdur. Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov feysbuk hesabında yazıb.
İqtisadçının sözlərinə görə, bu artım 5 səbəbdən ola bilər:
“Birinci səbəb əmək haqlarının artması ola bilərdi. Lakin əmək haqlarının 29-30 faiz artması gözlənilmir. İkincisi, iş yerlərinin sayının artmasıdır ki, heç yeni iş yerləri də bu qədər arta bilməz. Üçüncüsü, inflyasiyanın təsirilə ola bilər ki, amma bu həcmdə heç vaxt. Dördüncü hal, vergi dərəcələrinin dəyişməsilə baş verər bilərdi. Lakin vergi dərəcələrinin dəyişməsi, hələ, bu həcmdə dəyişməsi gözlənilən deyil.
Bəs onda, 30 faizə yaxın verginin artması necə baş verəcək? Qalır 2019-cu ildə qəbul edilmiş bir güzəştin bitməsinin təsirləri. Belə ki, bunun əsas səbəbi böyük ehtimalla 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin müddətinin artıq artırılmamasıdır. Yəni, 2026-ci ilin 1 yanvarında həmin güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq.
Bu dəyişiklik büdcə daxilolmalarını 30 faiz artıracaq. Həmin kateqoriyadan olan şəxslərin vergi yükü də artacaq təbii ki.
“2019-cu ildə bu güzəşt niyə edilmişdi?” sualının cavabı da sadədir: Bu güzəştin edilməsində əsas məqsəd qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək idi”.






















































