Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Aeroportdan şəhərin mərkəzinə neçəyə gedə bilərik? - Qiymətlər

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində yeni taksi terminalı quraşdırılıb. Bu yeniliklə, sərnişinlər artıq taksi sürücüləri tərəfindən müəyyən edilən ixtiyari qiymətlərlə üzləşməyəcəklər.
“Qafqazinfo” BAKU.WS-ə istinadən xəbər verir ki, yeni sistem aeroportdan şəhər mərkəzinə və populyar otellərə gedən marşrutlar üçün standart qiymətlər müəyyənləşdirib.
Qiymətlər Azərbaycan manatı (AZN) və ABŞ dolları (USD) ilə göstərilir, bu da beynəlxalq səyahətçilərə asanlıq yaradır. Terminalın quraşdırılması ilə taksi xidmətləri daha mütəşəkkil hala gətirilib, uzun növbələr azalıb və ödənişlər elektron şəkildə həyata keçirilə bilər.
Əsas marşrutlar və qiymətlər
Aeroportdan müxtəlif ünvanlara taksi qiymətləri aşağıdakı kimi müəyyənləşdirilib (qiymətlər təqribi olaraq AZN və USD formatında göstərilir, aktual məzənnəyə əsasən):


Qiymətlər məsafəyə əsasən hesablanır:
• Açılış qiyməti (3 km qədər): 6 ₼
• 3-25 km arası: Hər km üçün 0.95 ₼
• 26 km-dan yuxarı: Hər km üçün 0.70 ₼























































