Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Misirdə fironun 3 min illik qolbağı oğurlanıb əridildi

Misirdə muzeydən 3 min illik qolbaq oğurlanaraq qızıla çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, qolbaq sentyabrın 9-da Qahirədəki Misir Muzeyindən restavrasiya mütəxəssisi tərəfindən oğurlanıb.
Restavrasiya mütəxəssisinin gümüş alveri ilə məşğul olan şəxslə əlaqə yaratdığı və sonuncunun daha sonra qolbağı zərgərə 3735 dollara satdığı ehtimal edilir. Zərgər daha sonra qolbağı 4025 dollara tökmə zavodunda işləyən işçiyə satıb və o, onu digər əşyalarla birlikdə əridib.
Nazirlik bildirib ki, bu işdə iştirak edən 4 nəfər həbs olunduqdan sonra törətdikləri cinayətləri etiraf ediblər.
Qolbaq üçüncü keçid dövrü fironu Amenemopa məxsus olub. Amenemope eramızdan əvvəl 1001-992-ci illərdə Qədim Misirdə hökmranlıq edib.
O, daha çox məzarından tapılan, “qalın nallanmış qızıl təbəqələrdən” hazırlanmış və “padşahın üz cizgilərini ideallaşdırılmış sakitlik və əbədi parlaqlıqla əbədiləşdirmək üçün düzəldilmiş” “möhtəşəm dəfn maskası” ilə tanınır.























































