Xəbər Lenti
9-09-2026, 18:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 17:40
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Qarabağ” bu göstəricidə ÇL-də ilk üçlükündədir

Çempionlar Liqasının əsas mərhələsinin dörd turundan sonra “Qarabağ” topu ələ keçirmə sayına görə ilk üçlükdə qalır.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi hazırda 190 dəfə topu ələ keçirmə sayına görə iştirakçılar arasında üçüncü pillədədir.
İlk üçlükdə həmçinin İspaniyanın “Atletik” (202) və Belçikanın “Union” (191) klubları yer alır.
Ən yaxın göstəricilərə İngiltərənin “Nyukasl” (188), Kiprin “Pafos” (169) və Danimarkanın “Kopenhagen” klubları (166) çatıb.
Bundan əlavə, iki məhsuldar ötürmə ilə “Qarabağ”ın hücumçusu Kamilo Duran məhsuldar ötürmə sayına görə 5-28-ci yerləri bölüşür.






















































