Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

07 Nis 07:39Manşet / Dünya

Fransa sığınacaq müraciətlərin sayına görə Almaniyanı qabaqladı

fransa-siginacaq-muracietlerin-sayina-gore-almaniyani-qabaqladi

Almaniya uzun illərdən sonra ilk dəfə sığınacaqla bağlı müraciətlərin sayına görə Avropa İttifaqı ölkələri siyahısında liderliyini itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.

Hesabata əsasən, 2025-ci ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə Almaniyaya sığınacaq almaq üçün müraciətlərin sayı kəskin azalıb.

Avropa İttifaqında bu sahədə Fransa birinci  (40 871), İspaniya (39 318) ikinci yerdə qərarlaşıb. Almaniya (37 387) isə artıq üçüncü yerdədir. 

Ən az müraciət Macarıstan (22 müraciət) və Slovakiyada (37 müraciət) qeydə alınıb.

Ən çox sığınacaq axtaranlar Venesuela, Əfqanıstan və Suriya vətəndaşlarıdır.

Fransada sığınacaq alınması üçün ən çox müraciət edən ukraynalılardır.