Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
Yeni stadionun onun adını daşımasını istəyir

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikintisi planlaşdırılan stadiona öz adının verilməsini istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, söhbət Vaşinqtonun şərqindəki Robert Kennedi stadionunun yerində tikiləcək qapalı idman arenasından gedir. Layihənin təxminən 3,7 milyard dollara başa gələcəyi gözlənilir. Yeni stadionun 2030-cu ildə açılması planlaşdırılır. Bu, Milli Futbol Liqasının klubu “Vaşinqton Kommanders”in ev oyunlarının keçiriləcəyi stadion olacaq.
“Bu, çox gözəl ad olardı, çünki yeni stadionun tikilməsi Prezident Trampın sayəsində mümkün olub”, - Ağ Evin mətbuat katibi Kerolayn Livitt məsələni şərh edərkən bildirib.
Məlumata görə, bununla bağlı sözügedən futbol klubunun rəhbərliyi ilə məsləhətləşmələr aparılır.






















































