Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Bu il ən çox tələb olunan peşələr bunlardır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən 2025-ci il üzrə iş elanlarının təhlili aparılıb. Təhlilin nəticələrinə əsasən ölkənin əmək bazarındakı əsas tendensiyalar və tələbat istiqamətləri müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, ən çox vakansiya elan edilən sahələr topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır.
Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar (8,2 faiz), tikinti-quraşdırma şirkətləri (6,9 faiz), hotellər (4,9 faiz) və tədris-təlim müəssisələri (4,7 faiz) yer alır.
İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri (8 faiz), mühasiblər (6,6 faiz) və satınalma-təchizat üzrə mütəxəssislərdir (3,2 faiz).
Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır.






















































