“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
“Ramin-Nur” obyekti ilə bağlı yayılan iddialara cavab: “Məsuliyyət icəradara aiddir”

Sosial şəbəkələrdə və bəzi media resurslarında Bakı şəhərində yerləşən “Ramin-Nur” adlı obyektlə bağlı yayılan məlumatlara münasibət olaraq bildiririk ki, sözügedən obyekt Xəlil Göyüşov tərəfindən birbaşa idarə olunmur.
Mövcud icarə müqaviləsinə əsasən, həmin obyekt başqa şəxsə rəsmi qaydada icarəyə verilmişdir. Obyektin faktiki fəaliyyəti, idarə olunması, göstərilən xidmətlər və qanunvericiliyin tələblərinə əməl edilməsi tam şəkildə icarəçi şəxsin məsuliyyətindədir. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aşkar edilmiş pozuntularla bağlı inzibati tədbirlər və cərimə məhz icarəçi şəxs barəsində tətbiq edilmişdir. Bu məsələlər üzrə Xəlil Göyüşov barəsində hər hansı inzibati və ya hüquqi məsuliyyət müəyyən edilməmişdir.
Qeyd edirik ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, icarəyə verilmiş obyektin gündəlik fəaliyyəti və istehlakçılarla bağlı hallar obyekti faktiki idarə edən şəxsə aid edilir.
Yayılan məlumatda obyektin mülkiyyətçisi ilə icarəçi anlayışının qarışdırılması düzgün deyil və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır. Xahiş edirik ki, məsələ ilə bağlı rəsmi sənədlərə və hüquqi faktlara əsaslanan məlumatlara istinad edilsin.
Azadmedia.az























































