Menu
Xəbər Lenti
Təbrik Məktubu
26-04-2026, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
26-04-2026, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

14 Ock 14:38Manşet / Siyasət

Prezident İlham Əliyev Uqanda və Somali ilə bağlı qanunları təsdiqlədi

Prezident İlham Əliyev Uqanda və Somali ilə bağlı qanunları təsdiqlədi

Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri də vizadan qarşılıqlı azad ediliblər.

Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.