Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

16 Ock 06:57Manşet / Kriminal

Örüş sahəsinə görə qardaşları öldürmək istəyən şəxsin cəzası azaldıldı

Örüş sahəsinə görə qardaşları öldürmək istəyən şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə tərqsirlədirilən Hamlet Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Hamlet Quliyevə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.

İttihama görə, hadisə 1 may 2021-ci il tarixdə, saat 8 radələrində Yardımlı rayonu, Telavar kəndi yaxınlığında yerləşən "Qobular" adlı ərazidə qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci təvəllüdlü Hamlet Quliyev ailədaxili ədavətləri olan həmkəndlisi, zərərçəkmiş Coşqun Zabidovla növbəti dəfə örüş sahəsinə sahibliklə bağlı mübahisə edib. Bu zaman o, ov tüfəngi ilə Coşqunun döş qəfəsinə qəsdən bir dəfə atəş açaraq ona xəsarət yetirib. Sonra zərərçəkmiş özünü müdafiə etmək üçün Hamletə ağac parçası atıb və təqsirləndirilən şəxs müvazinətini itirib.

Həmin vaxt o, Coşqunun sağ ayağına qəsdən ikinci atəşi açıb. Daha sonra Coşqunun köməyinə gəlmiş qardaşı Seymur silahı Hamletdən almaq istədikdə o, istintaqa məlum olmayan bərk küt əşya ilə ona vuraraq xəsarət yetirib.

Hadisədən sonra Hamlet Quliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.