Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
"WhatsApp"da YENİLİK - Ödənişli abunəliklər yaradılır

"WhatsApp" bir neçə ödənişli abunəlik hazırlayır.
Oxu.Az xəbər verir ki, məlumatı "WhaBetaInfo" yayıb.
Qeyd olunub ki, şirkət hazırda genişləndirilmiş xüsusiyyətlər təklif edəcək yeni plan üzərində işləyir:
"İstifadəçilər buna abunə ola və tətbiqi fərdiləşdirmək üçün əlavə xüsusiyyətlər əldə edə biləcəklər. Bura premium stikerlər, yeni mövzular, üçdən çox söhbəti sancaqlamaq imkanı, mesajlar üçün ayrıca zəng melodiyaları toplusu və alternativ tətbiq nişanlarının seçimi daxildir.
Abunəliyin qiyməti hələ açıqlanmayıb və ölkələrə görə dəyişəcək. Funksiya toplusu rəsmi istifadəyə verilməzdən əvvəl dəyişə və istifadəçi rəylərinə əsasən zamanla oraya yeni funksiyalar əlavə oluna bilər.
Eksklüziv funksiyalara malik yeni abunəlik reklamsız plandan ayrı mövcud olacaq və "Yeniləmələr" bölməsində yer alacaq. Mesencerin məxfilik siyasəti dəyişməz qalacaq, əsas funksiyalar və şəxsi mesajlaşma üçün ödəniş tələb olunmayacaq".
Qeyd edək ki, bundan əvvəl "WhatsApp"da istifadəçilərə reklam olmadan statuslara baxmağa imkan verən ödənişli abunəliyin dövriyyəyə buraxılacağı barədə məlumat verilmişdi.























































