Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Məşhur müğənniyə qarşı dələduzluq olub, polisə şikayət edib

Məşhur müğənni Asif Məhərrəmov maddi zərərə məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Unikal"a müğənninin özü məlumat verib.
Asif Məhərrəmov məsələ ilə bağlı Binəqədi Rayon Baş Polis İdarəsinə rəsmi, yazılı müraciət etdiyini bildirib.
Azərbaycan dövlətinə və qanunlarına güvəndiyini vurğulayan Asif Məhərrəmov, məsələnin hüquqi müstəvidə, qanun çərçivəsində həll olunacağına inandığını diqqətə çatdırıb. O, həmçinin Daxili İşlər Nazirliyinə və polis orqanlarına müraciət edərək işinin diqqətdə saxlanılmasını xahiş edib.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.
Müğənni əlavə edib ki, məsələ ilə bağlı gələn həftə Baş Prokurorluğa şikayət edəcək.























































