Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Paşinyan parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalamaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkilərinə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması niyyətini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, N.Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
Baş nazir qeyd edib ki, sülh sazişinin imzalanması hökumətin əsas gündəliyindədir:
“Mənim belə bir gündəliyim var. Əslində, bu sənədin ötən ilin dekabr, yanvar və ya aprel aylarında imzalanması da gündəmdə idi, çünki layihə üzrə əsas müzakirələr hələ ötən ilin martında yekunlaşıb. Biz bu istiqamətdə işləməyə davam edəcəyik”.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri il iyunun 7-nə təyin edilib. Prezident Vaaqn Xaçaturyan ötən həftə seçkilərin keçirilməsi barədə müvafiq fərman imzalayıb. Paşinyan komandası seçkilərə sülh müqaviləsi imzalamış iqtidar kimi getməyi hədəfləyir.























































