Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“İran üçün çox pis gün olacaq” - Trampdan xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn haqqında yayılan xəbərlərə cavab verib və İranla bağlı xəbərdarlıq edib.
“Qafqazinfo”nun xəbərinə görə, Tramp sosial media paylaşımında bildirib ki, Keynin “İranla müharibəyə qarşı” olduğu barədə məlumatlar tamamilə yalandır.
O qeyd edib ki, İranla bağlı hər hansı hərbi qərar onun öz qərarıdır və Keyn bu qərara əməl edəcək, ordunu effektiv idarə edəcək.
“General Keyn, hamımız kimi, müharibə görmək istəmir, amma inanır ki, İrana qarşı hərbi qərar verilərsə, asanlıqla qalib gələcək”, - o qeyd edib.
“Mən razılaşmaya üstünlük verirəm, amma razılaşma olmazsa, bu, həmin ölkə və onun xalqı üçün çox pis bir gün olacaq”, - Tramp İrana xəbərdarlıq edib.
Qeyd edək ki, əvvəl yayılan xəbərlərdə iddia olunurdu ki, Keyn Trampa İrana hücumun uzunmüddətli münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. “Axios”un məlumatına görə, Keyn prezidentə İrana hücumun ciddi risklər daşıya biləcəyini bildirib.






















































