Menu
Xəbər Lenti
Şamaxıda zəlzələ olub
22-02-2026, 09:05

Şamaxıda zəlzələ olub

24 Şub 17:58Manşet / Gündəm / Elm-təhsil

Yüksək akademik nəticələrdən peşəkar müəllimliyə: Leyla Qurbanovanın uğur yolu

 

Müasir Azərbaycan təhsil sistemində peşəsinə məsuliyyətlə yanaşan, akademik göstəriciləri və pedaqoji potensialı ilə seçilən gənc müəllimlərdən biri də Leyla Qurbanovadır. 2001-ci ildə anadan olan Leyla Qurbanova təhsilə olan marağını hələ məktəb illərindən nümayiş etdirmiş, ardıcıl zəhməti və məqsədyönlülüyü ilə seçilmişdir. O, orta təhsilini Ağdaş rayon Nizami adına 2 saylı tam orta məktəbdə uğurla başa vurmuş və 2019-cu ildə yüksək nəticə göstərərək ali məktəbə qəbul olunmuşdur.
Qurbanova qəbul imtahanlarında 602 bal toplayaraq üzrə yüksək nəticə nümayiş etdirmiş və "Azərbaycan Dillər Universiteti"nin Təhsil fakültəsinin "İngilis dili müəllimliyi" ixtisasına daxil olmuşdur. Universitet illərində o, həm nəzəri, həm də praktik hazırlığına xüsusi diqqət yetirmiş, akademik fəallığı və davamlı uğurları ilə fərqlənmişdir. Dörd illik təhsil müddətini 96.6 ümumi orta göstərici ilə başa vuraraq "Fərqlənmə diplomu"na layiq görülməsi onun elmi-pedaqoji hazırlığının göstəricisi kimi qiymətləndirilir.
Peşəkar fəaliyyətə başlamaq üçün "Müəllimlərin işə qəbulu" üzrə müsabiqədə iştirak edərək 100 mümkün baldan 91 bal toplamış və yüksək nəticə əldə etmişdir.
Hazırda o, gənc müəllim kimi Bakı şəhəri Nizami rayonu 227 nömrəli tam orta ümumtəhsil məktəbidə fəaliyyətini davam etdirir və ingilis dilinin tədrisi sahəsində müasir metodların tətbiqinə üstünlük verir. Leyla Qurbanova dərslərində şagirdyönümlü yanaşmanı, kommunikativ bacarıqların inkişafını və müasir təlim texnologiyalarından istifadəyə əsaslanan pedaqoji strategiyanı rəhbər tutur. O, gənc yaşına baxmayaraq, məsuliyyətli yanaşması, sistemli fəaliyyəti və peşəsinə bağlılığı ilə həm həmkarları, həm də şagirdləri tərəfindən rəğbətlə qarşılanır.
Gənc müəllim hesab edir ki, keyfiyyətli təhsil yalnız bilik ötürmək deyil, həm də düşünən, araşdıran və ünsiyyət quran fərdlər yetişdirmək deməkdir. Bu məqsədlə o, öz peşəkar inkişafını davam etdirməyi, beynəlxalq sertifikatlar əldə etməyi və gələcəkdə təhsil sahəsində daha geniş akademik fəaliyyət göstərməyi planlaşdırır.

Jalə Eminova
Zeferyolu.az-ın rəhbəri