Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı əməliyyatların başlaması ilə bağlı həmvətənlərinə videomüraciət edib.
Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, İsrail lideri ölkə sakinlərini yaxın günlərdə baş verəcək hadisələrə görə dözümlülük göstərməyə çağırıb.
O bildirib ki, İsrail və ABŞ qüvvələri İrandakı rejimin yaratdığı təhlükəni aradan qaldırmaq üçün hərbi əməliyyatlara başlayıblar.
"İsrail-ABŞ hərbi əməliyyatı cəsur İran xalqının öz taleyini həll etməsi üçün şərait yaradacaq. İrana qarşı hərbi əməliyyatlar İslam Respublikasında hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır. İran xalqının bütün təbəqələrinin - farsların, kürdlərin, cənubi azərbaycanlıların, bəlucların və əhvazilərin - zülm boyunduruğunu atıb İrana azadlıq və sülh arzusu gətirməsinin vaxtı gəlib çatıb", - deyə baş nazir bildirib.
Qeyd edək ki, bu gün İsrail İrana qarşı qabaqlayıcı hücum əməliyyatlarına başlayıb.






















































