Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Ali Baş Komandanımız İlham Əliyev Xocalımızı geri aldı və soyıqrım cinayətini memorialla əbədiləşdirdi-Könül Nəbizadə
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - Foto
Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım olundu - Foto
Bir şamın işığında görünən qaranlıq: tapdanmış hüquqların dövlət vicdanına çatdırdığı susmayan həqiqət
İranda neçə vətəndaşımız xəsarət alıb? - XİN AÇIQLADI
"İndiyə qədər yalnız bir nəfər vətəndaşımız xəsarət alıb".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabda bildirib.
Qeyd edilib ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən səfirliklərimiz və baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir:
"Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir. İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib.
Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyəsi nəzərdə tutulmur.
Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur".























































