Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

03 Mrt 05:39Manşet / Dünya

İrandan İsrailə cavab hücumları

irandan-israile-cavab-hucumlari

İsrailin İran və Livana qarşı davam edən əməliyyatları fonunda İran və Livandakı “Hizbullah” hərəkatı İsrailə qarşı eyni vaxtda raket hücumları təşkil edib.

“Qafqazinfo”nun məlumatına görə, İsrail Müdafiə Qüvvələri tərəfindən yayılan açıqlamada bildirilib ki, İrandan İsrailin müxtəlif bölgələrinə raketlər atılıb.

Qeyd olunub ki, xəbərdarlıq siqnalları işə salınıb, mobil telefonlara mülki əhali üçün təhlükəsizlik təlimatları göndərilib və hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirməyə çalışıb.

İsrailin şimal və mərkəzi bölgələrində, eləcə də, Şərqi Qüds üzərində güclü partlayış səslərinin eşidildiyi bildirilib.

Eyni vaxtda “Hizbullah” da İsrailin şimalına raket zərbələri endirib. “Kanal 12” televiziyasının məlumatına görə, Livan ərazisindən ən azı 10 raket atılıb.

Məlumata əsasən, raketlərdən birinin tutucu hissəsinin Bnei Brak yaxınlığında yola düşdüyü bildirilib.

“Hizbullah”ın yaydığı açıqlamada İsrailin hücumları və dağıntılarının cavabsız qalmayacağı vurğulanaraq, bu əməliyyatların davam edə bilməyəcəyi qeyd olunub.