Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Baş prokurorun Milli Aviasiya Akademiyasında mühazirəsi keçirilib
Martın 13-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin tələbə və professor-müəllim heyəti üçün “Rəqəmsal dövrdə sübutetmə: Klassik qaydalar və müasir çağırışlar” mövzusunda mühazirə keçirilib.
Mühazirə zamanı dövlət və hüquq sistemi kontekstində sübutetmənin rolu, cəmiyyətin təkamülü fonunda sübut anlayışının hüquqi mahiyyəti barədə məlumat verilib. Eyni zamanda cinayət-prosessual hüquqda sübutlara dair əsas nəzəriyyələr, sübutların prosessual forması və kriminalistik xüsusiyyətləri, eləcə də sübutetmənin mahiyyəti və strukturu geniş şəkildə izah olunub.
Tədbir çərçivəsində nəzəriyyə və təcrübəyə istinad edilməklə sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi mexanizmləri, onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü məsələləri vurğulanıb. Bununla yanaşı, sübutların qiymətləndirilməsinə dair xarici ölkələrin təcrübəsi və beynəlxalq məhkəmələrin presedentləri barədə də məlumat verilib.
Mühazirədə sübutetmə yükü və prosessual subyektlər, sübutetmə yükü ilə təqsirsizlik prezumpsiyası arasındakı qarşılıqlı əlaqə, buna dair beynəlxalq Konvensiyaların tələbləri, beynəlxalq təcrübə və hüquq doktrinaları da diqqətə çatdırılıb.
Baş prokuror həmçinin rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyası, rəqəmsal sübutların xüsusiyyətləri, onların prosessual təminatları, hüquqi dövlət prinsipi ilə rəqəmsal transformasiya arasında balansın qorunması və institusional yanaşmanın əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Beynəlxalq hüquqi tənzimləmə çərçivəsində, həmçinin, Budapeşt Konvensiyası və Hanoy Konvensiyası kimi sənədlərin əhəmiyyətinə toxunulub, xüsuilə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə rəqəmsallaşma və rəqəmsal sübutlarla bağlı edilmiş əlavə və dəyişikliklər barədə məlumat verilib.
Sonda mövzu ətrafında dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və tələbələrlə fikir mübadiləsi aparılıb.
ARHD.az



























































