Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Ağ Evdən ilk - Açıqlama

“Bu, ABŞ üçün bir qələbədir. Bunu Prezident Tramp və bizim möhtəşəm hərbi qüvvələrimiz həyata keçirdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında yazıb.
“Epik qəzəb” əməliyyatının başlanğıcında Prezident Tramp bu əməliyyatın 4-6 həftə davam edəcəyini proqnozlaşdırmışdı. Lakin döyüşçülərimizin möhtəşəm bacarıqları sayəsində əsas hərbi məqsədlərimizi 38 gündə əldə etmiş və hətta onları aşmışıq”, - o qeyd edib.
Livitt bildirib ki, daha ətraflı məlumatı sabah səhər saatlarında müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn təqdim edəcək:
“Hərbi uğurumuz maksimum təsir gücü yaratdı, bu da Prezident Tramp və komandaya çətin danışıqlara girməyə imkan verdi, nəticədə diplomatik həll və uzunmüddətli sülh üçün yol açıldı.
Əlavə olaraq, Prezident Tramp Hörmüz boğazını yenidən açdırdı”, - Ağ Ev rəsmisi vurğulayıb.






















































