Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni "Bank Respublika” ASC-nin İdarə Heyətinin sədrinin müavini Elnur Həsənov və EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və imzalayıblar.
İmzalanma mərasimində Rövşən İsmayılov Fondun fəaliyyət istiqamətindən danışıb və bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlər veriləcək. O, Bank Respublika ilə əməkdaşlıqda həyata keçiriləcək enerji səmərəliliyi layihələrinin uğurlu olacağına ümidvar olduğunu qeyd edib.
Elnur Həsənov qarşılıqlı əməkdaşlıqda Fondun yaratdığı imkanlar hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Əməkdaşlıq müqaviləsi çərçivəsində bu istiqamətdə layihələrin dəstəklənməsində mümkün perspektivləri diqqətə çatdırıb.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.
? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr: ? Facebook | ? Instagram | ? LinkedIn| ? Telegram
? Çağrı Mərkəzi: 144






















































