Xəbər Lenti
Dün, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 06:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar
Xəbər verdiyimiz kimi, Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb.
“Qafqazinfo” xəbər verir ki, iddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr yaşanıb.
Qeyd edilib ki, xəsarət yetirən şagirdin məsələ ilə bağlı müəllimlərə məlumat verməsinə baxmayaraq, problemin həlli tapılmayıb.
Məktəblilərdən birinin verdiyi məlumata görə, hadisəyə səbəb şagirdin sıxışdırılması olub:
“Deyilənə görə, uşağı əsəbiləşdiriblər, o da bunun əvəzini çıxmaq istəyib. Uşaqlar onu sıxışdırıblar. Əslində, problem hamınındır. Dərdini hər kəsə - direktora da, müəllimlərə də deyib. Deyilənə görə, autizmlidir. Zarafat ediblər bu da onun xoşuna gəlməyib”.






















































