Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Qaraciyəri təbii yolla təmizləyən ƏSAS QİDALAR
Rusiyalı həkim Sergey Vyalov qaraciyərin təbii şəkildə təmizlənməsi və toksinlərin orqanizmdən xaric edilməsi üçün vacib olan məhsullar barədə danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə Aif.ru məlumat yayıb.
"İnsanın qida rasionunda yağlar ümumiyyətlə yoxdursa, öd durğunlaşır və bununla yanaşı, detoksikasiya məhsullarının xaric olunması da ləngiyir. Orqanizmə zülallar lazımdır, çünki onlar qaraciyəri detoksikasiya üçün zəruri resurslarla təmin edir. Liflər isə qaraciyərdən toksinlərin çıxarılmasına kömək edir. Bu maddələr havaya və əksər hallarda qana deyil, bağırsağa ifraz olunur. Yağlar da vacibdir. Çünki onlar olmadan qaraciyərin toksinləri xaric etməsi üçün stimul yaranmır", - deyə həkim bildirib.
Mütəxəssis əlavə edib ki, qida rasionunda zülalların, liflərin və faydalı yağların balanslı şəkildə yer alması qaraciyərin gündəlik təmizlənməsi üçün vacib şərait yaradır.






















































