Xəbər Lenti
6-09-2026, 09:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Nural Əliyev vəzifəsindən azad ediləcək
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə olunan layihədə əksini tapıb.
Layihədə yazılıb ki, Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq.
Tanınmış hakimin bundan sonra hansı vəzifədə çalışacağı hələlik açıqlanmayıb.
Qeyd edək ki, N.Əliyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində çalışıb. O, ölkə gündəmində müzakirə edilən bir çox cinayət işlərini araşdırıb.






















































