HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı nəyi dəyişəcək?
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiqlənən yeni Dövlət Proqramını şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, proqramın icrası fermerlər üçün bir sıra yeni imkanlar yarada bilər:
"Proqram çərçivəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, yerli istehsalın artırılması, kənd təsərrüfatında emal sənayesinin inkişafı və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafına da xüsusi diqqət ayrılır".
Akif Nəsirli bildirib ki, proqram fermerlərə dövlət dəstəyinin artmasına da şərait yarada bilər:
"İlk növbədə subsidiyaların, güzəştli kreditlərin və dövlət dəstəyinin artırılması gözlənilir. Müasir suvarma sistemləri, yeni texnologiyalar və aqrar texnikaya çıxış imkanlarının genişlənməsi məhsuldarlığın yüksəlməsinə kömək edə bilər. Emal müəssisələrinin inkişafı isə fermerlərin məhsullarını daha rahat satmasına və əlavə gəlir əldə etməsinə şərait yaradacaq".
Ekspert vurğulayıb ki, proqram çərçivəsində taxılçılıq, pambıqçılıq və heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi, torpaqdan daha səmərəli istifadə və hüquqi bazanın təkmilləşdirilməsi də nəzərdə tutulur:
"Bu addımlar kənd yerlərində yeni iş yerlərinin açılmasına, kənd əhalisinin gəlirlərinin artmasına və kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəlməsinə təsir göstərə bilər. Proqramın səmərəliliyi isə onun necə həyata keçiriləcəyindən asılı olacaq. Hər halda, bu proqram 2003-cü ildən etibarən 20 il ərzində icra olunan regionların sosial-iqtisadi inkişaf proqramlarından daha çox istehsal yönümlü olması ilə fərqlənir".
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib. Proqramda 2026–2030-cu illərdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı nəzərdə tutulur.
Bahar Rüstəmli




















































