Xəbər Lenti
Bugün, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
26-05-2026, 19:04
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Bu saatdan sonra yemək yemək qəti qadağandır
Diyetoloq Ana Luson gec saatlarda yemək yeməyin sağlamlıq üçün riskli olduğunu bildirib.
Sehiyye.info xəbər verir ki, mütəxəssis “HuffPost”a müsahibəsində günün sonuncu yeməyi üçün ən təhlükəli vaxtı açıqlayıb.
Onun sözlərinə görə, axşam saat 21:00-dək orqanizm qidaları effektiv şəkildə həzm edə bilir. Saat 22:00-dan etibarən isə bədəndə melatonin hormonunun səviyyəsi artdığı üçün həzm prosesi ləngiyir və qlükoza mənimsənilməsi çətinləşir.
Diyetoloq xüsusilə saat 23:00 və sonrasında yemək yeməyi qəti qadağan edir. Bu vaxt orqanizmin qlükozanı yaxşı emal edə bilmədiyini vurğulayan Luson, bunun qanda şəkərin və piylənmənin artmasına, həmçinin orqanizmdə iltihab proseslərinin yaranmasına səbəb olduğunu qeyd edib.//publika






















































