Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Ürək və yuxu üçün ən faydalı məhsul açıqlandı
Ürək sağlamlığı və yaxşı yuxu üçün vacib olan maqnezium ən çox çiy toxumlarda, xüsusilə, balqabaq və günəbaxan tumlarında olur.
Sehiyye.info xəbər verir ki, aif.ru-ya bu barədə rusiyalı nutrisoloq Olqa Yablokova bildirib.
Mütəxəssis qeyd edib ki, bu toxumlar təkcə maqneziumla deyil, həm də sink, E vitamini və faydalı yağlarla zəngindir.
Onun sözlərinə görə, tumlar qovrulduqda maqneziumun təxminən 30 faizi itir, yağlar oksidləşir və faydalılığını azaldır. Eyni zamanda vitaminlər və antioksidantlar da parçalanır, yüksək temperatur nəticəsində isə akrilamid kimi zərərli maddələr yarana bilər.
Mütəxəssis vurğulayıb ki, çiy tumlar bu mənfi xüsusiyyətlərdən azaddır və daha faydalı hesab olunur. Onların gündəlik 20-30 qram miqdarında, yeməklərə əlavə edilərək və ya yağsız şəkildə yüngül qurudularaq qəbul edilməsi tövsiyə olunur.
Eyni zamanda qeyd olunub ki, tumlar mədə-bağırsaq və öd kisəsi xəstəlikləri olan insanlar üçün uyğun olmaya bilər, çünki kəskinləşməyə səbəb ola bilər.//oxu.az






















































