Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalarla bağlı fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sənəd dövlət başçısının rəsmi saytında dərc olunub.
Məlumata görə, Zelenskinin imzaladığı fərman Ukraynanın sanksiyalarını Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilmiş qərarlarla uyğunlaşdırıb. Yeni məhdudiyyətlər ümumilikdə 120 fiziki şəxs və təşkilatı əhatə edir.
Sanksiya siyahısına Rusiyanın 16 vətəndaşı, həmçinin Rusiya, Belarus, İran, BƏƏ və digər ölkələrdən 31 şirkət daxil edilib.
Bundan başqa, 19 İran və 7 Sudan vətəndaşına qarşı da məhdudiyyətlər tətbiq olunub.
Xatırladaq ki, aprelin 17-də Zelenski Rus Pravoslav Kilsəsi nümayəndələrinə qarşı da sanksiyalar tətbiq etmişdi. Həmin siyahıya doqquz din xadimi var idi.






















































