Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Bir çox cütlük səhv seçim edir: mütəxəssis seks üçün ən uyğun vaxtı açıqladı
Bir çox cütlük intim yaxınlığı axşam və ya yatmazdan əvvəl seçsə də, fizioloji baxımdan bu, hər zaman ən ideal vaxt hesab olunmur.
Sehiyye.info xəbər verir ki, bu barədə ABŞ-nin Missisipi Universitetinin somnoloqu Maykl Brus "USA Today" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, gün ərzində orqanizmdə baş verən hormonal və bioloji proseslər cinsi istək və aktivliyə ciddi təsir göstərir. Axşam saatlarında bədən istirahətə hazırlaşmağa başlayır, melatonin hormonunun ifrazı artır. Bu isə yuxululuq, yorğunluq və cinsi marağın azalması ilə nəticələnə bilər.
Səhər saatlarında isə vəziyyət fərqli olur. Oyandıqdan sonra orqanizmdə enerji və ayıqlığı artıran kortizol hormonunun səviyyəsi yüksəlir. Bundan əlavə, kişilərdə səhər saatlarında testosteronun miqdarı günün digər vaxtları ilə müqayisədə daha yüksək olur ki, bu da cinsi istəyi və erektil funksiyanı gücləndirə bilər.
Brusun fikrincə, yüksək hormonal aktivlik, enerjililik və daha yaxşı ümumi əhval-ruhiyyə səhər saatlarını intim münasibətlər üçün daha əlverişli edir.
Bununla belə, mütəxəssis vurğulayıb ki, seks üçün hamıya uyğun vahid vaxt mövcud deyil. Yaş, yuxu rejimi, stress səviyyəsi, sağlamlıq vəziyyəti və fərdi bioloji ritmlər cinsi istəyə təsir göstərən əsas amillərdir.
Onun sözlərinə görə, ən uyğun vaxt hər iki tərəfin özünü daha enerjili, rahat və emosional cəhətdən hazır hiss etdiyi dövrdür.//publika






















































