QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Şuşada infrastruktur layihəsi üzrə tikinti işləri davam etdirilir

Şuşada yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulan infrastruktur layihəsi üzrə tikinti işləri davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.
İ.Quliyev qeyd edib ki, layihə çərçivəsində Şuşa şəhərinin yağış və çirkab sularının mərkəzləşdirilmiş qaydada toplanması və təmizlənməsi təmin olunacaq: “Yağış suları 1200 millimetr diametrli borular vasitəsilə yığılaraq təmizləyici qurğuya ötürüləcək. Eyni zamanda, məişət və tullantı suları 600 millimetr diametrli borularla toplanaraq çirkab su təmizləyici qurğusuna nəql ediləcək.
Çirkab suları xüsusi təmizləyici qurğuda normativ tələblərə uyğun şəkildə təmizlənəcək. Daha sonra təmizlənmiş sular Qarqarçaya axıdılacaq və sonrakı mərhələdə suvarma məqsədləri üçün istifadə edilə biləcək. Hazırda ərazidə tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir və layihənin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur. Qurğu gələn il istifadəyə veriləcək. Layihənin əsas məqsədi Şuşa şəhərində yağış və tullantı sularının yığılması, təmizlənməsi, ətraf mühitin qorunması və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsidir”.
Nuranə Daxilqızı






















































