QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Son araşdırmalar göstərib ki, smartfon və digər rəqəmsal cihazlardan uzunmüddətli istifadə təkcə psixoloji deyil, fiziki sağlamlığa da təsir edir. Mütəxəssislərin fikrincə, telefona baxarkən başın uzun müddət irəli əyilməsi "texno-boyun" adlanan vəziyyətə səbəb olur. Bu isə boyun fəqərələrinə əlavə yük salır, əzələ və oynaqlarda degenerativ dəyişikliklər yarada, hətta ağciyərlərin fəaliyyətini zəiflədə bilər. Bundan əlavə, ağıllı saatların fasiləsiz taxılması dəridə qıcıqlanma və ekzema riskini artırır.
Araşdırmalara görə, ekran qarşısında çox vaxt keçirmək yaxın məsafədə işləməkdən daha çox insanların açıq havada az vaxt keçirməsinə səbəb olur. Xüsusilə uşaqlarda ekran vaxtının artması idrak inkişafına mənfi təsir göstərir.
Mütəxəssislər bu riskləri azaltmaq üçün ekranı göz səviyyəsində saxlamağı, hər 30 dəqiqədən bir qısa fasilə verməyi, gündəlik fiziki aktivliyi artırmağı, açıq havada daha çox vaxt keçirməyi və əl bacarıqlarını inkişaf etdirən fəaliyyətlərlə – musiqi alətində ifa etmək, yemək hazırlamaq və ya əl ilə yazmaq kimi məşğul olmağı tövsiyə edir.//saglamolun






















































