QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi
İranda keçmiş Ali Lider Seyid Əli Xameneinin dəfn olunduğu Məşhəddəki İmam Rza məqbərəsində yanğın baş verib.
“Qafqazinfo” “Tasnim”ə istinadla xəbər verir ki, hadisə bu gün ziyarətgah kompleksinin daxilindəki tikinti sahəsində qeydə alınıb.
Məlumata görə, alov fəhlələr tərəfindən bitum (qatran) emalı zamanı baş verib. Qısa müddətdə məqbərənin üzərini qara tüstü bürüsə də, əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları alovun qarşısını almağa nail olublar.
Yanğınsöndürənlər alovun mərkəzi məqbərəyə və yaxınlıqdakı tarixi Gövhərşad məscidinə keçməsinə imkan verməyiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb və məqbərəyə heç bir ziyan dəyməyib.
Qeyd edək ki, bu, sözügedən kompleksdə baş verən ilk belə hadisə deyil. Belə ki, 2022-ci ildə elektrik nasazlığı, bu ilin əvvəlində isə təmizlik avadanlığının alışması səbəbindən məqbərədə kiçikmiqyaslı yanğınlar qeydə alınmışdı.
Məlumat üçün bildirək ki, ziyarətgah xüsusilə son günlərdə keçmiş Ali Lider Əli Xameneinin orada dəfn edilməsi ilə yenidən dünya mətbuatının diqqət mərkəzinə düşüb.






















































