Menu
Xəbər Lenti
Generala ağır itki
Dün, 08:08

Generala ağır itki

Faktiki hava açıqlandı
6-09-2026, 10:05

Faktiki hava açıqlandı

18 Tem 09:28Manşet / Gündəm / İqtisadiyyat

“Azeri Light”ın qiyməti 90 dollara yaxınlaşır

 

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,68 dollar və ya 3% artaraq 91,5 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 88,82 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.