QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Çiyələk infarkt riskini azaldır
“Çiyələyin tərkibində infarkt riskini azaltmağa kömək edən xüsusi maddələr var”.
Sehiyye.info xəbər verir ki, bu barədə ABŞ-nin “Health” nəşrinin mütəxəssisləri məlumat yayıb.
Ekspertlər qeyd ediblər ki, çiyələyin tərkibindəki zəngin antioksidantlar, xüsusən də antosianlar ürək-damar sistemi üçün son dərəcə faydalıdır və infarkt riskini ciddi şəkildə azaldır:
“Bundan əlavə, bu maddələr xərçəng hüceyrələrinin yaranma ehtimalını aşağı salır, onkoloji xəstələrdə isə bədxassəli hüceyrələrin bədəndə yayılmasının qarşısını alır. Çiyələk həmçinin güclü bir immunofaktor rolunu oynayır. Cəmi bir fincan çiyələk insanın gündəlik C vitamini tələbatını tam ödəyir. C vitamini bədəndə virus, bakteriya və hətta xərçənglə mübarizə aparan leykozitlərin (ağ qan hüceyrələrinin) artmasını stimullaşdırır”.
Mütəxəssislər çiyələyin tez xarab olmaması üçün faydalı məsləhət də paylaşıblar.
Onların sözlərinə görə, giləmeyvəni yalnız yeməzdən dərhal əvvəl yumaq lazımdır. Çiyələyi nəm saxladıqda üzərində sürətlə kif yarana bilər. Buna görə də onu dibinə kağız dəsmal sərilmiş germetik (hava keçirməyən) qabda saxlamaq tövsiyə olunur.//qafqazinfo






















































