Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi
Mədəniyyət naziri Adil Kərimli iyulun 23-də görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Qeyd olunub ki, görkəmli bəstəkarların mahnıları sənətkarın ifasında musiqisevərlərin rəğbətini qazanıb, bu gün də könülləri oxşayır.
Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən Adil Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib.
Xalq artisti Flora Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.



























































