Menu
Xəbər Lenti
Ağaclara da hüquq verdilər
15-09-2026, 08:03

Ağaclara da hüquq verdilər

FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

29 Tem 11:39Manşet / Dünya

Dronla vurulan şirkət Qazaxıstanda anbar axtarışına başladı

dronla-vurulan-sirket-qazaxistanda-anbar-axtarisina-basladi

Son zamanlar anbarları Ukrayna tərəfindən dron hücumlarına məruz qalan Rusiyanın tanınmış “Wildberries” şirkəti Qazaxıstanda boş anbar sahələrinin axtarışına başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” nəşri əmlak bazarındakı mənbələrə istinadən məlumat yayıb. 

Təxminən 100 min kv. m sahəsi olan anbarların axtarışına çıxan şirkətin məhdud təklifi nəzərə alaraq, Qazaxıstanda mövcud olan bütün boş anbarları icrayə götürməyə hazır olduğu bildirilir. Bununla “Wildberries” öz anbarlarını dron hücumlarından qorumaq niyyətindədir. 

Məlumata görə, son zamanlar artan risk səbəbindən rusiyalı mülkiyyətçilər öz anbarlarını “Wildberries”ə icarəyə verməkdə maraqlı deyillər. 

Qeyd edək ki, iyulun 18-dən etibarən “Wildberries”in anbarları genişmiqyaslı dron hücumlarına məruz qalır. Bu müddət ərzində şirkətin Sankt-Peterburq şəhərində, eləcə də Moskva, Tambov və Voronej vilayətləri, Stavropol və Krasnodar diyarlarındakı loqistika parklarının vurulduğu, nəticədə sahəsi minimum 444 min kv. m olan dörd kompleksin, yəni ümumi logistika sahələrinin həcminin 8%-nin sıradan çıxdığı bildirilir.