Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Qarpız bu şəxslər üçün zərərlidir
"Həddindən artıq qarpız istehlakı xüsusilə böyrək xəstəliyindən əziyyət çəkənlər və şəkərli diabeti olan şəxslər üçün ciddi təhlükə yarada bilər".
Sehiyye.info xəbər verir ki, bu sözləri diyetoloq Olqa Yamilova deyib.
.
Mütəxəssis qeyd edib ki, qarpız güclü sidikqovucu təsirə malik olduğu üçün böyrək xəstəliyi və bədəndə şişkinliyə (ödemə) meylliliyi olan şəxslərin ifrazat sisteminə həddindən artıq yük salır. Bundan əlavə, böyrəyində daş olan şəxslərdə qarpız istehlakı daşların hərəkətə gəlməsinə və kəskin sancılara səbəb ola bilər.
O. Yamilova vurğulayıb ki, qarpız asanlıqla həzm olunan sadə şəkərlərin mənbəyidir. Onun qlisemik indeksi yüksək olduğu üçün qanda şəkərin kəskin artmasına yol açır:
"Bu baxımdan, diabet xəstələri qarpız yeyərkən son dərəcə ehtiyatlı olmalıdırlar. Onlar üçün icazə verilən gündəlik porsiya miqdarı maksimum 150-200 qramdır".//qafqazinfo























































