Menu
Xəbər Lenti
Generala ağır itki
Dün, 08:08

Generala ağır itki

Faktiki hava açıqlandı
6-09-2026, 10:05

Faktiki hava açıqlandı

09 Eyl 18:11Manşet / Gündəm / Sosial

Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında

Tofiq Şıxəliyevə beynəlxalq mükafat təqdim olundu.
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatı ilə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı Tofiq Şıxəliyev beynəlxalq mükafata layiq görülüb. Belə ki, Türkiyə Uluslararası Elmlər Akademiyası tərəfindən yazıçıya “Fəxri kültür adamı” adı və akademiyanın nüfuzlu “Altun Yıldız” medalı təqdim edilib.
Tədbir ədəbi-mədəni mühit nümayəndələrinin iştirakı ilə yüksək əhval-ruhiyyədə keçirilib. Təqdimat mərasimində Azərbaycan ədəbiyyat cameəsinin tanınmış simaları, eləcə də söz və sənət xiridarları iştirak edərək Tofiq Şıxəliyevin yaradıcılığı və ictimai fəaliyyətindən danışıblar. Tədbirdə tanınmış yazıçılar, elm adamları və digər ədəbiyyat adamları iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, Tofiq Şıxəliyev uzun illərdir Azərbaycan ədəbiyyatına və publisistikasına dəyərli töhfələr verir. Onun əsərlərində milli-mənəvi dəyərlər, vətən sevgisi, insanlıq idealları və cəmiyyətin aktual problemləri yüksək sənətkarlıqla əks olunur. Yazıçının zəngin yaradıcılığı oxucular tərəfindən maraqla qarşılanır və geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qəbul edilir.
Raqif Nazimoğlu çıxışı zamanı bildirib ki, Tofiq Şıxəliyevin yaradıcılığı yalnız Azərbaycan daxilində deyil, beynəlxalq ədəbi mühitdə də maraq doğurur. O vurğulayıb ki, yazıçının milli ədəbiyyatın inkişafına verdiyi töhfələr, mədəniyyətin təbliği istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib və məhz buna görə də akademiyanın “Fəxri kültür adamı” adına və “Altun Yıldız” medalına layiq görülməsi qərara alınıb.
Tədbirdə çıxış edən qonaqlar Tofiq Şıxəliyevi bu nüfuzlu mükafat münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Bildirilib ki, belə beynəlxalq qiymətləndirmələr Azərbaycan ədəbiyyatının dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda mükafatçı çıxış edərək göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. Tofiq Şıxəliyev qeyd edib ki, yaradıcı insan üçün ən böyük dəyər oxucu sevgisi və sənətə verilən qiymətdir. O, gələcəkdə də Azərbaycan ədəbiyyatına xidmət etmək üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Biz də öz növbəmizdə yazıçı Tofiq Şıxəliyevi nüfuzlu beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Şamil Cəfər
AYB və AJB-nin üzvü




09.09.2026