Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
8-10-2026, 08:30

Neftimiz bahalaşdı

Yenidən trilyonçu oldu
6-10-2026, 13:11

Yenidən trilyonçu oldu

10 Ekm 09:35Manşet / Siyasət

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

 

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Sərəncamda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibi aşağıdakı kimi verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Qax Rayon İcra Hakimiyyətinin başçısı

Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Samux Rayon İcra Hakimiyyətinin başçısı

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”nin sədri

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməli, Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının yeni tərkibi barədə Gürcüstan tərəfinə bildiriş göndərməlidir.